"Neftçi" - "Sumqayıt" matçının biletləri satışa çıxarılıb

"Neftçi" - "Sumqayıt" matçının biletləri satışa çıxarılıb Biletləri "Bakcell Arena”nın kassalarından və "Neftçi"nin rəsmi fan-şopundan əldə etmək olar
Futbol
28 Oktyabr , 2017 17:55
Neftçi - Sumqayıt matçının biletləri satışa çıxarılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. 

"Report"un paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. 

Biletləri "Bakcell Arena”nın kassalarından və "Neftçi"nin stadion ərazisindəki rəsmi fan-şopundan əldə etmək mümkündür.

Qeyd edək ki, oktyabrın 29-da "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi