Yuxarı
    Bağlamaq

    ​"Neftçi" - "Sumqayıt" matçının başlama saatı dəyişdirilib

    Matç 15 dəqiqə tez başlayacaq

    Bakı. 22 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirilib. "Report"un məlumatına görə, oyun sabah saat 18.30-da deyil, 18.15-də başlanacaq.

    Səbəb kimi havanın tutqun olması göstərilib.

    Qeyd edək ki, daha öncə "Neftçi" - "Sumqayıt" matçının stadionu dəyişdirilib. Oyunun təmirə bağlanan "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkilinə qərar verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi