"Neftçi" - "Sperantsa" oyununun biletləri satışa çıxarılıb

"Neftçi" - "Sperantsa" oyununun biletləri satışa çıxarılıb UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və Moldovanın Sperantsa” komandaları arasında keçiriləcək oyunun biletləri bu gündən satışda olacaq.
Futbol
15 İyul , 2019 14:43
Neftçi - Sperantsa oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və Moldovanın "Sperantsa” komandaları arasında keçiriləcək oyunun biletləri bu gündən satışda olacaq. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti 2 manat, 5 manat, 20 manat (VİP) və 100  manat (SKYBOX) təşkil edən biletlər bir neçə məkanda satılacaq. Bunlar “Bakcell Arena”nın kassaları, “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazaları və Bakıxanov qəsəbəsindəki “Mega Store”dir. Kassalar hər gün saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, iyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi