Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.
"Report" xəbər verir ki, "Neftçi" təmirdən sonra yenidən istifadəyə verilən "Bakcell Arena"da "Keşlə"ni qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Anton Krivotsyuk vurub. Oyunda son nöqtəni isə artırma dəqiqələrində əks-hücumdan sonra Baqali Dabo qoyub.
Bununla da "Neftçi" xallarını 10-a yüksəldərək, liderliyini davam etdirib. "Keşlə" isə 1 xalla sonuncu pillədə qalıb.
Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı, "Sabah" "Qəbələ"ni yenib. "Səbail" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Premyer Liqası, IV tur
16 sentyabr (bazar)
21:00. "Neftçi” – "Keşlə” - 2:0
Qollar: Anton Krivotsyuk, 88. Baqali Dabo, 90+4
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakcell Arena”.