Yuxarı

"Neftçi" Antalyadakı yoxlama matçında Çexiya klubuna uduzub

"Neftçi" Slovan"a uduzdu

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün növbəti yoxlama matçına çıxıb. 

"Report"un məlumatına görə, rəqib Çexiya "Slovan"ı olub. Side qəsəbəsindəki "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilmiş görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş, 46-cı dəqiqədə isə Yan Mikula "Neftçi" müdafiəçilərinin səhvlərindən yararlanıblar. 

Qeyd edək ki, bu, "Neftçi"nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan"ına böyük hesabla qalib gəlib - 3:0. Hazırda "Slovan" Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi