Yuxarı
    Bağlamaq

    "Neftçi" slovakiyalı qapıçı ilə müqavilə imzalayıb

    Mixal Peskoviç indiyədək Polşanın Podbeskidze klubunda çıxış edib

    Bakı. 15 avqust. REPORT.AZ/ "Neftçi" klubu slovakiyalı qapıçı Mixal Peskoviçlə müqavilə imzalayıb. "Report"un məlumatına görə, 33 yaşlı qapıçı ilə 6 ay müddətinə anlaşma əldə olunub.

    Komandanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko klubun rəsmi saytına açıqlamasında bu keçidi belə dəyərləndirib: "Qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi. Slovakiyalı Mixal Peskoviç təcrübəli qapıçıdır. 33 yaş qapıçı üçün normal həddir. Fikrimcə, o, komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdür. Sadəcə, Maksim gəncdir və onu ağır oyunlara birdən-birə buraxıb yükləmək düzgün olmaz. İki təcrübəli qapıçının əhatəsində məqş etmək Maksimə da faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondur. Futbolda cəzalar və zədələr qaçılmazdır. Bu baxımdan heyətdə 3 qapıçının olması xeyrimizədir".

    Qeyd edək ki, Mixal Peskoviç "Neftçi"yə gəlməmişdən öncə Polşanın "Podbeskidze" klubunda çıxış edib. Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi