​"Neftçi" Makedoniya klubu ilə sülh bağlayıb

​"Neftçi" Makedoniya klubu ilə sülh bağlayıb "Neftçi" doğma azarkeşlər önündə meydana çıxıb
Futbol
14 İyul , 2016 21:48
​Neftçi Makedoniya klubu ilə sülh bağlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini keçiriblər.

"Report"un məlumatına görə, Bakının "Neftçi" klubu  doğma azarkeşlər önündə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Flaqman Makedoniya "Şkendiya"sını qəbul edib. 

Oyunun ilk hissəsində komandalar hücum qursalar da, qol qeydə alınmayıb. İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıb. Buna baxmayaraq ikinci hissədə də qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Makedoniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi