Yuxarı

"Neftçi" serbiyalı müdafiəçi ilə iki illik müqavilə imzalayıb

"Neftçi" serbiyalı müdafiəçi ilə iki illik müqavilə imzalayıb

"Neftçi" klubu serbiyalı futbolçu Voislav Stankoviçi heyətinə qatıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb. 

Oyunçu klub televiziyasına açıqlamasında "Neftçi" ailəsini salamladığını bildirib. Stankoviç bu böyük ailənin üzvü olduğunu vurğulayıb: "Bu klubun rənglərini şərəflə qoruyacağam".

Qeyd edək ki, Voislav Stankoviç 2015-ci ildən "Qəbələ"də çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi