"Neftçi" "Sabah"la görüşdə hakimlərin idarəçiliyindən narazı qalıb

"Neftçi" "Sabah"la görüşdə hakimlərin idarəçiliyindən narazı qalıb Bakı. 1 dekabr. REPORT.AZ/ Neftçi klubu Azərbaycan Premyer Liqasının XIII turunda Sabahı 2:1 hesabı ilə məğlub etdikləri oyunda hakim idarəçiliyindən narazı qalıb.
Futbol
1 Dekabr , 2018 19:01
Neftçi Sabahla görüşdə hakimlərin idarəçiliyindən narazı qalıb

Bakı. 1 dekabr. REPORT.AZ/ "Neftçi" klubu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyunda hakim idarəçiliyindən narazı qalıb.

"Report" xəbər verir ki, matçda sonra klub prezidenti Kamran Quliyev jurnalistlərlə söhbətində Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadasının qərarları ilə bağlı protokola öz etirazlarını yazacaqlarını bildirib.

O, baş hakimin matçın 76-cı dəqiqədə "Neftçi"nin qapısına təyin etdiyi penaltidən, 83-cü dəqiqədə Baqali Daboya ikinci sarı vərəqədən sonra "qırmızı" göstərilməsindən və görüşün əsas vaxtına 6 dəqiqə əlavə olunmasından narazı qaldıqlarını ifadə edib.

Son xəbərlər

Orphus sistemi