Yuxarı

​"Neftçi" rəhbərliyi görüş keçirib

​Neftçi rəhbərliyi görüş keçirib

Bakı. 20 dekabr. REPORT.AZ/ “Bayıl Arena” da “Neftçi” futbol klubunun rəhbərliyinin, uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, görüşdə “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA icraiyyə komitəsinin qərarı ilə klubun yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər.

Görüşdə UEFA tərəfindən “Neftçi”yə ayrılmış vəsait hesabına klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə alınmış yeni avtobus məşçilərə təqdim edilib. Vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, “Neftçi”də aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub. Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl "Everton"un, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”.

İcraçı direktor Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının öz klubumuzun yetirmələri olduğunu vurğulayıb. O, "Neftçi"nin gənc oyunçularının Avropa klubularının diqqətini cəlb etdiyini söyləyib. Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib. Texniki direktor bu cür işlərin daha keyfiyyətli alınması üçün önəmli şərt olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi