Yuxarı

“Neftçi” qol seriyasını 20-yə çatdırıb

“Neftçi” qol seriyasını 20-yə çatdırıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, XII turda “Səbail”ə 2:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir. 

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də “Qarabağ”la ev görüşündə qol vura bilməyib – 0:0.

Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən “Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb.

Bu, "Neftçi"nin Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi