​"Neftçi" - "Qəbələ" matçının keçiriləcəyi stadion müəyyənləşib

​"Neftçi" - "Qəbələ" matçının keçiriləcəyi stadion müəyyənləşib Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib
Futbol
7 Oktyabr , 2015 19:26
​Neftçi - Qəbələ matçının keçiriləcəyi stadion müəyyənləşib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" və "Qəbələ" komandalarının görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin oyunlarını paytaxt klubuna məxsus "Bakcell Arena"da keçirdiyi üçün çempionat oyununun məkanı dəyişdirilib.

Əyalət klubunun beynəlxalq arenada Azərbaycanı təmsil etməsi nəzərə alınaraq bu cür addım atılıb. Hər iki klubun nümayəndələri arasında keçirilən görüşdən sonra razılığa gəlinib ki, ot örtüyünün yüklənməməsi, meydançanın normal vəziyyətdə qalması səbəbindən "Neftçi" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilsin.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" qarşılaşması oktyabrın 18-də keçiriləcək. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində Almaniya "Borussiya"sı ilə oktyabrın 22-də üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi