"Neftçi" - "Qarabağ" matçının vaxtı müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçının vaxtı müəyyənləşib XIV turun oyunları 4 günü əhatə edəcək
Futbol
20 Noyabr , 2015 13:14
Neftçi - Qarabağ matçının vaxtı müəyyənləşib

Bakı. 20 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları 4 günü əhatə edəcək.

Mərkəzi qarşılaşma son 5 mövsümün çempionları "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək. Noyabrın 29-da "Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. Gəncədə start veriləcək tura Qəbələdə yekun vurulacaq.

27 noyabr (cümə)

14:00. “Kəpəz” (Gəncə) – “İnter” (Bakı)

Gəncə şəhər stadionu

28 noyabr (şənbə)

14:30. AZAL (Bakı) – “Sumqayıt”

Bakı, "AZAL Arena"

16:30. “Zirə” (Bakı) – “Xəzər Lənkəran”

Bakı, Zirə İdman Kompleksinin stadionu

29 noyabr (bazar)

17:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)

Bakı, “Bakcell Arena”

30 noyabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Rəvan” (Bakı)

Qəbələ şəhər stadionu

Qeyd edək ki, XIV turun bütün oyunları "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi