"Neftçi" "Qarabağ"la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

"Neftçi" "Qarabağ"la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.
Futbol
11 May , 2019 11:27
Neftçi Qarabağla oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

“Report” klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində “Neftçi”nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.

Son xəbərlər

Orphus sistemi