"Neftçi" "Qarabağ"la heç-heçə oynayaraq liderliyini davam etdirib - VİDEO

"Neftçi" "Qarabağ"la heç-heçə oynayaraq liderliyini davam etdirib - VİDEO Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Futbol
26 Avqust , 2018 22:23
Neftçi Qarabağla heç-heçə oynayaraq liderliyini davam etdirib - VİDEO

Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib.

"Azərsun Arena"da keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 28-ci dəqiqədə qonaq komandadan Kvame Karikari vurub. Meydan sahiblərindən isə 70-ci dəqiqədə İnnosent Emeqara fərqlənib. Bununla da xallarını 7-yə çatdıran "Neftçi" liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Qarabağ" isə 4 xalla 4-cü pilləyə qalxıb.

Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Matçı izləyən 3000-dək tamaşaçı sonadək maraqlı qarşılaşmaya şahidlik edib.

Son xəbərlər

Orphus sistemi