"Neftçi" qanalı hücumçusunu əcnəbi kluba icarəyə verib

"Neftçi" qanalı hücumçusunu əcnəbi kluba icarəyə verib Bakı. 22 yanvar. REPORT.AZ/ Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib.
Futbol
22 Yanvar , 2019 00:43
Neftçi qanalı hücumçusunu əcnəbi kluba icarəyə verib

Bakı. 22 yanvar. REPORT.AZ/ "Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib.

“Report” klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin "Əl Oruba” klubunun formasını geyinəcək.

"Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari bu mövsüm "Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi