Yuxarı

​"Neftçi" ölkə çempionatının açılış oyununda qələbə qazanıb - VİDEO

Ağ-qaralar AZAL-ı 2:0 hesabı ilə məğlub edib

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.

"Report" xəbər verir ki, mövsümün açılış oyununda AZAL və "Neftçi" klubları üz-üzə gəlib.

Oyunda hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Elvin Bədəlov builki mövsümün ilk qolunu vurub. Ardınca 70-ci dəqiqədə Rəhman Hacıyev hesabı 2 topa çatdırıb. Matç "ağ-qaralar"ın 2:0-lıq qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası, I tur

AZAL – "Neftçi" – 0-2

Qollar: Elvin Bədəlov, 60 [0-1], Rəhman Hacıyev, 70 [0-2].

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

Bakı. "AZAL Arena"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi