"Neftçi"nin yeni transferi: "İndi komandada ab-hava tam başqadır"

"Neftçi"nin yeni transferi: "İndi komandada ab-hava tam başqadır" "Həm yerli, həm də xarici futbolçunun borcudur ki, "Neftçi"ni yüksəklərə qaldırsın"
Futbol
13 Sentyabr , 2017 16:11
Neftçinin yeni transferi: İndi komandada ab-hava tam başqadır
Neftchipfk.com

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil. Klub üçün canımı qoymuşam. Bu komanda ilə ilk dəfə Avropa Liqasının qrupuna düşmüşəm, o sevinci yaşamışıq. Əlimizdən gələni edəcəyik ki, yenə qruplara düşək, Avroliqa həyəcanını yaşayaq. Həm yerli, həm də xarici futbolçunun borcudur ki, "Neftçi"nin, flaqmanın adını daşıyırsa, komandanı yüksəklərə qaldırsın".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Rəşad Sadiqov klubun televiziyasına açıqlamasında deyib. 34 yaşlı yarımmüdafiəçi hazırda komanda daxilindəki münasibətlərin tam qaydasında olduğunu bildirib: "Əvvəllər bilmirdim, amma indi ab-hava tam başqadır. Hamı bir-biri ilə qardaş kimidir. Legioner və yerli futbolçuların münasibətlərini də nəzərdə tuturam. Tərlan Əhmədov komandaya tam fərqli, kollektivçilik ab-havası gətirib. Çalışacağıq ki, yaxşı nəticələr göstərək".

Qeyd edək ki, Rəşad Sadiqov 2003 - 2004, 2005 - 2008 və 2012 - 2014-cü illərdə "Neftçi"də çıxış edib.  

Son xəbərlər

Orphus sistemi