Çexiyalı yarımmüdafiəçi "Neftçi"yə transferindən danışıb

Çexiyalı yarımmüdafiəçi "Neftçi"yə transferindən danışıb "Burada uzun müddət qalmaq istəyirəm"
Futbol
7 Yanvar , 2017 17:16
Çexiyalı yarımmüdafiəçi Neftçiyə transferindən danışıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm". 

"Report"un məlumatına görə, bunu "Neftçi"nin Çexiya "Slovan"ından transfer etdiyi futbolçu Zdenek Folprext yeni klubunun rəsmi saytına açıqlamasında deyib. 

O, kollektivə tez uyğunlaşmasını özü üçün gözlənilməz sayıb. "Bu, mənim üçün yaxşı mənada sürpriz oldu" deyən çexiyalı yarımmüdafiəçi hədəflərini açıqlayıb: "Qarşımızda konkret məqsədlər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk". 

Folprext "Neftçi"yə daha tez uyğunlaşaraq, komandada uzun müddət qalmaq istədiyini də əlavə edib: "Komandada mənimlə yanaşı, bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm".

Qeyd edək ki, Zdenek Folprext "Neftçi"yə mövsümün sonunadək icarəyə verilib. 

Son xəbərlər

Orphus sistemi