"Neftçi"nin yeni transferi: "Azərbaycan Premyer Liqası Litva çempionatından daha populyardır"

"Neftçi"nin yeni transferi: "Azərbaycan Premyer Liqası Litva çempionatından daha populyardır" Mamadu Mbodj: "Məqsədim burada inkişaf etməkdir"
Futbol
11 Dekabr , 2018 10:09
Neftçinin yeni transferi: Azərbaycan Premyer Liqası Litva çempionatından daha populyardır

Bakı. 11 dekabr. REPORT.AZ/ “Azərbaycan təmsilçisi ilə 2,5 illik müqavilə imzaladım. Məqsədim burada inkişaf etməkdir. Yeni klubum Litva çempionatından xeyli üstün olan maraqlı layihə təklif etdi”.

“Report” xəbər verir ki, bunu “Agence de Presse Senegalaise”ə açıqlamasında “Neftçi”nin yeni transferi Mamadu Mbodj deyib. 25 yaşlı seneqallı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasının Litva A Liqası ilə müqayisədə daha populyar olduğunu söyləyib: “Hazırda Bakıdayam. Yeni komanda yoldaşlarımla bir-birimizi yaxından tanımaq üçün görüşə hazırlaşıram. İndiki klubum Azərbaycan Premyer Liqasının lideridir və ən yaxın izləyicisi “Qarabağ”ı 3 xal qabaqlayır. Azərbaycan çempionatı Litva ilə müqayisədə daha populyardır”.

Xəbərdə Azərbaycan çempionatının Seneqalda bir o qədər da tanınmamasına rəğmən, bu ölkədən olan Xalidu Sissokunun 2004 - 2012-ci illərdə “Bakı”nın formasını geyindiyi xatırladılıb.

Qeyd edək ki, “Litva”nın “Jalgiris” klubundan transfer olunan Mamadu Mbodj “Neftçi”də 3 nömrəli forma ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi