Yuxarı
    Bağlamaq

    "Neftçi"nin yeni baş məşqçisi köməkçilərindən ikisini açıqlayıb

    46 yaşlı mütəxəssis məşqçilər korpusunun tam tərkibini gələn həftə müəyyənləşdirəcək

    Bakı. 16 sentyabr. REPORT.AZ/ "Neftçi" futbol komandasının yeni baş məşqçisi Elxan Abdullayev köməkçilərindən ikisini müəyyənləşdirib. Bu barədə "Report"a yaşlı mütəxəssisin özü açıqlama verib. 

    O, "İnter"lə Azərbaycan Premyer Liqasının V tur matçına komandanı İqor Getman və qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko ilə birgə hazırlaşdıracağını bildirib. 46 yaşlı mütəxəssis məşqçilər korpusunun tam tərkibinin gələn həftə müəyyənləşəcəyini vurğulayıb. 

    Qeyd edək ki, İqor Getman bunadək "Neftçi"nin U-19 komandasının məşqçisi olub. Dmitri Kramarenko isə əvvəlki baş məşqçilərlə də birgə çalışıb. "İnter"lə görüş sentyabrın 18-də "İnter Arena"da olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi