"Neftçi"nin yeni baş məşqçisi əcnəbi olacaq - RƏSMİ

"Neftçi"nin yeni baş məşqçisi əcnəbi olacaq - RƏSMİ Klub Marius Şumuditsaya 450 min avro təklif etdiklərinə dair xəbərləri təkzib edib
Futbol
31 May , 2018 14:38
Neftçinin yeni baş məşqçisi əcnəbi olacaq - RƏSMİ
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ "Neftçi" futbol komandasının yeni baş məşqçisi əcnəbi olacaq.

Klubun mətbuat katibi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, hazırda bir neçə xarici mütəxəssislə danışıqlar aparılır. Flaqman rəsmisi rumıniyalı baş məşqçi Mariuş Şumuditsaya 450 min avro təklif etdiklərinə dair iddiaları təkzib edib: "Bu, həqiqətdən çox uzaq, uydurma informasiyadır. Biz ona bu qədər məbləğ təklif etməmişik. Mətbuatdan xahiş edirik ki, baş məşqçi məsələləri ilə bağlı klubumuzun mövqeyi öyrənilsin".

Qeyd edək ki, "Neftçi" klubu bu gün Tərlan Əhmədovu baş məşqçi vəzifəsindən istefaya göndərib. 47 yaşlı mütəxəssislə müqavilə müddəti uzadılmayıb. 

Son xəbərlər

Orphus sistemi