Yuxarı

“Neftçi”nin yeni baş məşqçisi azarkeşlərə müraciət edib - VİDEO

“Neftçi”nin yeni baş məşqçisi azarkeşlərə müraciət edib - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin komandanın azarkeşlərinə müraciət edib.

“Report” klub televiziyasına istinadən xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis tərəfdarların dəstəyi ilə böyük uğurlara imza atacaqlarını bildirib: "Salam, əziz "Neftçi" azarkeşləri! Mən komandanın yeni baş məşqçisi Roberto Bordinəm. Əminəm ki, sizin dəstəyinizlə böyük uğurlara imza atacağıq. Forza Neftçi"!

Qeyd edək ki, bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Roberto Bordinlə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi