Yuxarı

"Neftçi"nin veteran futbolçusu dəfn olunub

Valeri Hacıyevlə vida mərasiminə AFFA və Neftçi rəsmiləri də qatılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ “Neftçi”nin dünyasını dəyişən veteran futbolçusu Valeri Hacıyev bu gün son mənzilə yola salınıb. "Report"un məlumatına görə, dəfn mərasimi Bakıxanov qəsəbə qəbiristanlığında keçirilib. 

Mərasimə AFFA rəhbərliyi, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları ilə yanaşı, "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev başda olmaqla, klubun rəsmiləri, məşqçi və inzibati heyəti də qatılıb. 

Qeyd edək ki, Valeri Hacıyev uzun sürən xəstəlikdən sonra yanvarın 8-də 75 yaşında ikən vəfat edib. V.Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. O, baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi