"Neftçi"nin sabiq qapıçısı: "Öz təcrübəmlə "Sabah"a kömək etməyə hazıram"

"Neftçi"nin sabiq qapıçısı: "Öz təcrübəmlə "Sabah"a kömək etməyə hazıram" "Sabah" klubuna keçidimlə bağlı danışıqlar gedir"
Futbol
13 İyun , 2018 18:23
Neftçinin sabiq qapıçısı: Öz təcrübəmlə Sabaha kömək etməyə hazıram

Bakı. 13 iyun. REPORT.AZ/ "Sabah" klubuna keçidimlə bağlı danışıqlar gedir".

Bunu "Report"a açıqlamasında "Neftçi" klubunun sabiq qapıçısı Saşa Stamenkoviç deyib. 

O, tezliklə hər şeyə aydınlıq gələcəyini vurğulayıb: "Sabah"ın baş məşqçisi Elşad Əhmədovu "Neftçi"də oynadığım vaxtdan tanıyıram. Onun haqqında müsbət fikirdəyəm. Öz təcrübəmlə "Sabah"a kömək etməyə hazıram". 

Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011-2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən “Okjetpes” olub. O, komandanı yanvarda tərk edib. 

Son xəbərlər

Orphus sistemi