"Neftçi"nin sabiq prezidenti ​Sadıq Sadıqov əməliyyat olunub

"Neftçi"nin sabiq prezidenti ​Sadıq Sadıqov əməliyyat olunub Onun Müşahidə Şurasının iclasına qatılmamasının səbəbi müəyyənləşib
Futbol
13 May , 2015 13:03
Neftçinin sabiq prezidenti ​Sadıq Sadıqov əməliyyat olunub

Bakı. 13 may. REPORT.AZ/ "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov əməliyyat olunub. Bu barədə "Report"a Şuranın üzvü Mübariz Zeynalov məlumat verib.

Onun sözlərinə görə, klubun sabiq prezidenti boğazından əməliyyat olunub. Əməliyyatın Bakıda keçirildiyini deyən M.Zeynalov hazırda S.Sadıqovun özünü yaxşı hiss etdiyini bildirib: "Hər şey qaydasındadır. Sadəcə boğazından əməliyyat olunduğu üçün həkimlər ona danışmağa icazə vermir".

 M.Zeynalov bildirib ki, S.Sadıqov əməliyyat olunduğundan, Müşahidə Şurasının mayın 8-də keçirilmiş sonuncu iclasına qatılmayıb: "Sadıq müəllim bizə mesaj da göndərmişdi ki, boğazımdan əməliyyat olunmuşam, danışa bilmirəm".

Son xəbərlər

Orphus sistemi