Yuxarı

"Neftçi"nin sabiq futbolçusunun səhhəti pisləşib

Valeri Hacıyev ev şəraitində müalicə alır

Bakı. 14 iyul. REPORT.AZ/ "Neftçi" klubunun sabiq futbolçusu Valeri Hacıyevin səhhəti pisləşib. Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, V.Hacıyev hazırda ev şəraitində müalicə alır. 73 yaşlı veteran futbolçu ürək və prostat xəstəliyindən əziyyət çəkir. O.Abdullayev xəstənin vəziyyətinin elə də ürəkaçan olmadığını əlavə edib: "AFFA onun müalicəsinə lazımi dəstəyi verir. Hazırda biz Hacıyevi xəstəxanaya yerləşdirmək istəyirik. Amma özü getmək istəmir".

Qeyd edək ki, Valeri Hacıyev futbolçu karyerası ərzində Bakının "Neftçi" və Moskvanın "Dinamo" komandalarında çıxış edib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi olub. V.Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanmış futbolçularındandır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi