“Neftçi”nin sabiq futbolçusu Boliviya klubu ilə müqavilə bağlayıb

“Neftçi”nin sabiq futbolçusu Boliviya klubu ilə müqavilə bağlayıb Uqo Barqas “Neftçi”ni çətinliklə tərk etdiyini söyləyib
Futbol
15 Yanvar , 2018 15:35
“Neftçi”nin sabiq futbolçusu Boliviya klubu ilə müqavilə bağlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ “Neftçi”nin sabiq futbolçusu Uqo Barqasın Boliviyanın “Bluminq” klubuna keçidi rəsmiləşib.

“Report”un məlumatına görə, 32 yaşlı fransalı hücumçu Santa Kruz şəhəri təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

“Bluminq”ə geri dönməsindən məmnunluğunu söyləyən Barqas deyib ki, “Neftçi”ni çətinliklə tərk edib: “Klubla bir illik müqavilə bağlamışdım. Yeni baş məşqçi gələndən sonra (Tərlan Əhmədovu nəzərdə tutur – red.) müqaviləmin müddətini daha 6 ay artırdı. Bu səbəbdən, “Neftçi”ni tərk etməklə bağlı çətinlik vardı. Ayrılmaqla bağlı ən yaxşı formada razılıq əldə etməyə çalışırdım. Çox xoşbəxtəm. “Bluminq”in titullar əldə etmək vaxtı çatıb”.

Qeyd edək ki, Uqo Barqas "Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi "Bluminq”dən keçib. Barqas ötən ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda onun sözləşməsinin müddəti cari mövsümün sonuna qədər uzadılsa da, bu ay qarşılıqlı razılaşma əsasında xitam verilib.

Son xəbərlər

Orphus sistemi