Yuxarı

"Neftçi"nin rəqibi: Baş məşqçi klubdan bir yaş böyükdür

"Neftçi"nin rəqibi: Baş məşqçi klubdan bir yaş böyükdür

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldovanın "Sperantsa" klubu 1991-ci ildə yaradılıb.

"Report"un məlumatına görə, komanda əvvəlki mövsümü 38 xalla 4-cü pillədə başa vurub. "Şerif" "qızıl dubl" etdiyi üçün Nisporenı komandası Avropa Liqasında iştirak etmək hüququ qazanıb.

Moldova təmsilçisinin hazırkı baş məşqçisi Kristian Efrosun 27 yaşı var və o, 2014-cü ildən - 22 yaşından kollektivə rəhbərlik edir. K.Efrosun futbolçu karyerası isə zədə səbəbindən qısa sürüb. O, baş məşqçi təyin olunduğu vaxt atası Petra Efros "Sperantsa"nın idman direktoru olub. Klub ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirir. "Sperantsa" hazırda Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb. 

"Səbail"in rəqibi Rumıniyanın "Universitatya" komandasını Moldova təmsilçisinə nisbətən çətin rəqib hesab etmək olar.

Klub 2013/2014 mövsümündə aşağı dəstədə çempion olaraq Premyer Liqada iştirak etmək hüququ əldə edib. "Universitatya" ilk mövsümdəcə çempionatı 5-ci pillədə bitirib və Avropa Liqasında iştirakını təmin etsə də, UEFA lisenziyası ala bilməyib. Rumıniya təmsilçisi ev oyunlarını 30 min 944 azarkeş tutumuna malik Yon Oblemenko stadionunda oynayır.

İtaliyalı Devis Manyanın baş məşqçi olduğu kollektiv başa çatan mövsümü 36 xalla 4-cü pillədə başa vurub. "Krayova" 2017/2018 mövsümündə isə çempionatda üçüncü olub və medalçılar sırasına düşə bilib. Komanda həmin mövsüm ölkə kubokuna da sahib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi