"Neftçi"nin qapıçısı: "Ümid edirəm ki, karyeramı Bundesliqada davam etdirəcəyəm”

"Neftçi"nin qapıçısı: "Ümid edirəm ki, karyeramı Bundesliqada davam etdirəcəyəm” Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun əsas komandasında məşq keçir
Futbol
4 Dekabr , 2014 13:32
Neftçinin qapıçısı: Ümid edirəm ki, karyeramı Bundesliqada davam etdirəcəyəm”

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakının “Neftçi” klubunun Almaniyanın “Ayntraxt” komandasında baxışda olan qapıçısı Emil Balayev Azərbaycana dekabrın 12-də qayıdacaq. "Report"un məlumatına görə, bu barədə gənc qolkiperin özü paytaxt təmsilçisinin rəsmi saytına açıqlama verib. 

Balayev məşqlərin çox yüksək səviyyədə keçdiyini bildirib: "Burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Dekabrın 12-dək “Ayntraxt”ın əsas komandası ilə birlikdə hazırlığım davam edəcək. Bundan sonra “Neftçi”nin düşərgəsinə qayıdacağam. Ümid edirəm ki, bəyəniləcəyəm və karyeramı Bundesliqada davam etdirəcəyəm”.

Qeyd edək ki, Emil Balayev "Ayntraxt"ın düşərgəsinə noyabrın 26-da yollanıb. 

Son xəbərlər

Orphus sistemi