"Neftçi"nin qapıçısı yeddinci dəfə həftənin komandasına seçilib

"Neftçi"nin qapıçısı yeddinci dəfə həftənin komandasına seçilib Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.
Futbol
6 Dekabr , 2018 14:30
Neftçinin qapıçısı yeddinci dəfə həftənin komandasına seçilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “11-liy”ə “Qarabağ”ın 7, “Zirə”nin 2, “Neftçi” və "Sabah"ın hərəyə 1 futbolçusu düşüb.

"Neftçi"nin qapıçısı Səlahət Ağayev 7-ci, "Sabah"ın hücumçusu Marko Deviç 5-ci, "Qarabağ"dan Filip Ozobiç isə 4-cü dəfə həftənin komandasına seçiliblər. 

"Qarabağ"dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov və "Zirə"dən İlkin Qırtımov üçüncü dəfə rəmzi komandada yer alıb.

"Zirə"nin digər üzvü Miloş Radivoyeviç "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ilə birgə hərəyə iki dəfə rəmzi komandaya düşüb. "Qarabağ"dan Dani Kintana və "Qara Qarayev isə ilk dəfə "11-lik"də yer alıb.

Qapıçı: Səlahət Ağayev ("Neftçi")

Müdafiəçilər: Ansi Aqolli, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Miloş Radivoyeviç, İlkin Qırtımov (hər ikisi "Zirə")

Yarımmüdafiəçilər: Abdullah Zubir, Filip Ozobiç, Qara Qarayev, Dani Kintana (hamısı "Qarabağ")

Hücumçular: Marko Deviç ("Sabah"), Mahir Mədətov ("Qarabağ")

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi