"Neftçi”nin qapıçısı Türkiyədə əməliyyat olunacaq

"Neftçi”nin qapıçısı Türkiyədə əməliyyat olunacaq 32 yaşlı qolkiperə sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub
Futbol
18 Sentyabr , 2017 15:09
Neftçi”nin qapıçısı Türkiyədə əməliyyat olunacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Neftçi”nin və Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev əməliyyat olunacaq.

“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş 32 yaşlı qolkiperə sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub.

Yığma üzvü sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat "Acıbadəm” xəstəxanasında baş tutacaq.

Qeyd edək ki, Səlahət Ağayev yay fasiləsində “İnter”dən “Neftçi”yə keçib.

Son xəbərlər

Orphus sistemi