"Neftçi"nin oyununun yeri dəyişdirilib

"Neftçi"nin oyununun yeri dəyişdirilib İlk oyun Maltada keçiriləcək
Futbol
21 İyun , 2016 12:26
Neftçinin oyununun yeri dəyişdirilib

Bakı 21 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Baltsan" klubları arasındakı ilk qarşılaşma iyunun 30-da Maltada keçiriləcək. "Report"un Bakı klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun yeri dəyişdirilib. 

İlk görüş Azərbaycan paytaxtında keçirilməli olsa da, klublar arasında əldə olunmuş razılaşmaya əsasən UEFA-ya məktub ünvanlanıb və qurum ilk görüşün Maltada təşkilinə müsbət cavab verib.

Bununla bağlı hər iki kluba məktub ünvanlanıb.

Komandalar arasında ilk görüş iyunun 30-da Maltada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi