​"Neftçi"nin oyununa giriş pulsuz olacaq

​"Neftçi"nin oyununa giriş pulsuz olacaq Buna səbəb oyun məkanının dəyişdirilməsidir
Futbol
21 Avqust , 2015 09:19
​Neftçinin oyununa giriş pulsuz olacaq

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununa giriş pulsuz olacaq. "Report"un kluba istinadən verdiyi məlumata görə, buna səbəb paytaxt klubunun "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynamasıdır.

Qeyd edək ki, "Bakcell Arena" AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçı səbəbindən təmirə bağlanır. "Neftçi" istisna hal kimi "Sumqayıt"la matçı izləmək istəyən azarkeşlər üçün stadiona girişi pulsuz edib.

Son xəbərlər

Orphus sistemi