Yuxarı

Əsgər Abdullayev ​"Neftçi"nin Müşahidə Şurasından ayrılıb

İki yerdə işləmək düzgün deyil

Bakı. 15 mart. REPORT.AZ/ Əsgər Abdullayev "Neftçi" futbol klubunun Müşahidə Şurası üzvlüyündən ayrılıb. Bu barədə "Report"a 53 yaşlı mütəxəssisin özü məlumat verib.

Ə.Abdullayev buna "Turan Tovuz"a baş məşqçi təyin olunmasını səbəb göstərib. O, eyni vaxtda iki yerdə işləməyin düzgün olmadığını bildirib.

Qeyd edək ki, Əsgər Abdullayev ötən ilin oktyabrında "Neftçi"nin Müşahidə Şurasının üzvü təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi