"Neftçi"nin Müşahidə Şurasının iclasında komandanın son turlardakı nəticələri müzakirə olunub

"Neftçi"nin Müşahidə Şurasının iclasında komandanın son turlardakı nəticələri müzakirə olunub Bu gün “Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Futbol
26 Sentyabr , 2019 16:53
Neftçinin Müşahidə Şurasının iclasında komandanın son turlardakı nəticələri müzakirə olunub

Bu gün “Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

"Report"un məlumatına görə, klubun inzibati binasında baş tutan görüşdə Şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara əsas komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub. 

Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulanıb.

Son xəbərlər

Orphus sistemi