“Neftçi”nin müdafiəçisi: “Macarıstanda "Uypeşt"lə oyunda seçdiyimiz taktika düzgün deyildi” - MÜSAHİBƏ

“Neftçi”nin müdafiəçisi: “Macarıstanda "Uypeşt"lə oyunda seçdiyimiz taktika düzgün deyildi” - MÜSAHİBƏ "Bu rəqiblə 10 dəfə qarşılaşsaydıq, 8-də udardıq"
Futbol
20 İyul , 2018 12:45
“Neftçi”nin müdafiəçisi: “Macarıstanda Uypeştlə oyunda seçdiyimiz taktika düzgün deyildi” - MÜSAHİBƏ
0 : 00
0 : 00

Budapeşt. 20 iyul. REPORT.AZ/ “Azarkeşlərdən və rəhbərlikdən üzr istəyirəm. Onlar klub üçün daha çox iş görüblər, nəinki biz. Komanda şəklində çıxış edə bilmədik və uduzduq”.

Bunu “Report”un Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş əməkdaşı ilə söhbətində “Neftçi”nin futbolçusu Kirilo Petrov “Uypeşt”ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçından sonra deyib.

28 yaşlı ukraynalı mərkəz müdafiəçisi Bakıdakı ilk matçda rəqibi 3:1 hesabı ilə məğlub etdiklərinə görə artıq mərhələni keçdiklərini düşündükləri üçün cavab görüşünə köklənə bilmədiklərini söyləyib: “Ola bilər ki, komanda üzvlərində, o cümlədən, məndə artıq bu komandanı keçdiyimizə dair fikir vardı. Ona görə də matça lazımı şəkildə köklənə bilmədik və bu cür nəticə qeydə alındı. Futbol heç nəyi bağışlamır”.

- İlk görüşlə müqayisədə “Neftçi”də taktiki dəyişikliklər baş vermişdi. Məğlubiyyəti bununla əlaqələndirmək olar?

- Xeyr, bu, baş məşqçinin seçimidir. Biz onun dediklərinə hazır idik. Seçdiyimiz taktika düzgün deyildi. Amma buna görə baş məşqçi günahkar deyil. Futbolçular onun tələb etdiyi taktikanı yerinə yetirə bilmədilər. Biz bunu icra etməyi bacarmadıq. Baş məşqçi bizim yerimizə meydana çıxa, hərəkət edə və qol vura bilməz. Heç bir halda günahkar baş məşqçi deyil, bizik.

- Bu taktikanı Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında sınamışdınız?

- Bəli, ilk dəqiqələrdən olmasa da, bunu hər oyunda yoxlamışdıq. Rəhbər baş məşqçidir, o, daha yaxşı bilir. Bu sxemi oyuna qədər bir həftə ərzində məşq etmişdik. Ola bilər ki, kimsə bu sxemi başa düşməyib. Bəlkə də buna görə xətlər arasında hansısa anlaşmazlıqlar oldu. Bu sxemi başa düşməsək belə, mübarizə aparmalı, rəqibin topu qəbul etməsinə, qapımız önündə qol vəziyyətləri yaratmalarına imkan verməməli idik.

- “Uypeşt”lə 10 dəfə oynasaydınız, neçəsində qalib gələrdiniz?

- Fikrimcə, 10 görüşdən 8-də udardıq. Onların bizdən güclü olduqlarını düşünmürəm. Amma elə alındı ki, 0:4 hesabı ilə uduzduq. Bu matçı belə keçirdiyimiz üçün özümə və komandaya görə utanıram.

- Digər mərkəz müdafiəçisi – kapitan Ruslan Abışovun ilk hissənin sonlarında zədələndiyi üçün oyunu davam etdirə bilməməsi də təsirini göstərdi?

- Dördlü müdafiə ilə oynayanda ikimiz tandem təşkil edirdik. Amma bu dəfə 5 müdafiəçi ilə çıxış etdik. Çətindir demək. Özümün və komanda yoldaşlarımın adından arzulayarım ki, zədəsi ciddi olmasın və tezliklə sıraya dönsün. Əlbəttə, kapitanın yoxluğu hiss edilirdi. Ola bilər ki, bu səbəbdən, uşaqlar birgə hərəkət edə bilmədilər.

- Avropa Liqası üçün təlim-məşq toplanışı keçmişdiniz və forma yığmışdınız. Çempionatın başlamasına 20 gündən də çox qalıb. “Neftçi”nin artıq avrokubokda olmayacağını nəzərə alsaq, bu müddət hazırlıq səviyyənizə mənfi təsir göstərə bilər?

- Baş məşqçimiz avropalıdır və işinə avropasayağı yanaşması var. Çoxlu sayda istirahət günlərimizin olacağını düşünmürəm. Mövsümün başlanğıcında baş məşqçinin tələb etdiyi futbolu nümayiş etdirməliyik. Yeni mövsümdə bu cür rəhbərlik, baş məşqçi və heyətlə çempionluq uğrunda mübarizə aparmalıyıq. Yalnız 1-ci yer üçün oynayacağıq.

Son xəbərlər

Orphus sistemi