Yuxarı

"Neftçi"nin məşqçisi "Milli Ordu-100” medalı ilə təltif olunub

"Neftçi"nin məşqçisi "Milli Ordu-100” medalı ilə təltif olunub

"Neftçi" Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi, əməkdar məşqçi İslam Kərimov "Qarabağ müharibə veteranı" və "Milli Ordu-100” medalları ilə təltif olunub. 

"Report" paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, medallar təcrübəli mütəxəssisə Azərbaycan Müharibə Veteranları Cəmiyyətində təqdim edilib.

Qeyd edək ki, 27 ildir "Neftçi"də çalışan İslam Kərimov 1992-ci ildə könüllü olaraq 845 saylı, Milli Qəhrəman Allahverdi Bağırovun batalyonuna yollanıb. Ağdam döyüşlərində, Naxçıvanik kəndinin və Xocalı əsirlərinin azad olunmasında iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi