"Neftçi"nin legioneri: "Qalib gələcəyimizi ikinci qoldan sonra anladım"

"Neftçi"nin legioneri: "Qalib gələcəyimizi ikinci qoldan sonra anladım" Oyundan əvvəl baş məşqçimiz demişdi ki, futbolumuzu sərgiləyək və ilk matçdakı nəticədən narahat olmayaq. Oyunun əvvəlində Arsenal bizi sıxdı, amma ikinci hissədə 3 qol vurduq.
Futbol
2 Avqust , 2019 10:04
Neftçinin legioneri: Qalib gələcəyimizi ikinci qoldan sonra anladım

"Oyundan əvvəl baş məşqçimiz demişdi ki, futbolumuzu sərgiləyək və ilk matçdakı nəticədən narahat olmayaq. Oyunun əvvəlində "Arsenal" bizi sıxdı, amma ikinci hissədə 3 qol vurduq". 

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç evdə Rusiya "Arsenal"ına 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra söyləyib. 

Serbiyalı müdafiəçinin fikrincə, ilk qol matçda qırılma nöqtəsi olub. Lakin o, qələbə qazanacaqlarını məhz ikinci qoldan sonra anladığını vurğulayıb. 

Qeyd edək ki, "Neftçi" Tuladakı ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Avropa Liqasının III təsnifat mərhələsində rəqib İsrail "Bney Yehuda"sı olacaq. İlk oyun avqustun 8-də Bakıda, cavab görüşü avqustun 15-də Təl-Əvivdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi