"Neftçi"nin legioneri əvəzedici komandada məşqlərə başlayıb

"Neftçi"nin legioneri əvəzedici komandada məşqlərə başlayıb Bakı. 15 yanvar. REPORT.AZ/ Neftçi klubunun futbolçusu Slavko Braliç əvəzedici heyətə göndərilib.
Futbol
15 Yanvar , 2019 17:13
Neftçinin legioneri əvəzedici komandada məşqlərə başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Slavko Braliç əvəzedici heyətə göndərilib. 

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu, xorvatiyalı müdafiəçinin rəhbərliyə müraciətindən sonra baş verib. “Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulan Braliç yeni klub tapanadək formada qalmaq üçün belə bir qərar qəbul edib. 

Qeyd edək ki, hazırda özünə yeni komanda axtaran Slavko Braliç bir neçə klubla danışıqlarını davam etdirir. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi