"Neftçi"nin legioneri: "Bu görüşdə səhvə yol verə bilmərik"

"Neftçi"nin legioneri: "Bu görüşdə səhvə yol verə bilmərik" Bakı. 17 may. REPORT.AZ/ Hamımız bu oyuna köklənmişik. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır.
Futbol
17 May , 2018 20:17
Neftçinin legioneri: Bu görüşdə səhvə yol verə bilmərik

Bakı. 17 may. REPORT.AZ/ "Hamımız bu oyuna köklənmişik. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun futbolçusu Soni Mustivar klub televiziyasına açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Kəpəz"lə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bütün oyunçuların fikrini bu matça yönəltdiyini sözlərinə əlavə edib: "Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdur. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.

Son xəbərlər

Orphus sistemi