"Neftçi"nin legioneri: "Avropa Liqasındakı ilk oyunumuza hazır olmalıyıq"

"Neftçi"nin legioneri: "Avropa Liqasındakı ilk oyunumuza hazır olmalıyıq" Bakı. 4 iyul. REPORT.AZ / Neftçi ilə müqaviləni yeniləmək mənim üçün əlamətdar hadisədir. Çünki bu komandaya gəldiyim ilk gündən özümü evimdəki kimi yaxşı hiss edirəm. Hər iki tərəfin təşəbbüsü ilə müqaviləni məhz indi yeniləmək qərarına gəldik. Çünki mən Neftçi ilə qarşıdakı illərdə böyük uğurlar qazanmaq istəyirəm. Müqaviləni yeniləmək yerinə düşdü. Ona görə ki, belə olan halda, mən yalnız başımı aşağı salıb, rahatlıqla işimi yerinə yetirəcəyəm.
Futbol
4 İyul , 2018 15:04
Neftçinin legioneri: Avropa Liqasındakı ilk oyunumuza hazır olmalıyıq
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ / "Neftçi" ilə müqaviləni yeniləmək mənim üçün əlamətdar hadisədir. Çünki bu komandaya gəldiyim ilk gündən özümü evimdəki kimi yaxşı hiss edirəm. Hər iki tərəfin təşəbbüsü ilə müqaviləni məhz indi yeniləmək qərarına gəldik. Çünki mən "Neftçi" ilə qarşıdakı illərdə böyük uğurlar qazanmaq istəyirəm. Müqaviləni yeniləmək yerinə düşdü. Ona görə ki, belə olan halda, mən yalnız başımı aşağı salıb, rahatlıqla işimi yerinə yetirəcəyəm".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun futbolçusu Soni Mustivar klub televiziyasına müsahibəsində deyib. 28 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə müqavilə imzalamağın onun üçün irəliyə atılmış addım olduğunu vurğulayıb: "Neftçi" böyük ada malik olan şöhrətli klubdur. Hər bir oyunçu karyerası ərzində böyük titullar qazanmaq istəyir. Mənə elə gəlir ki, "Neftçi" ilə müqavilə imzalamaq bunun üçün çox yaxşı vasitədir. Hər şey yaxşıdır". 

Haitili oyunçu bildirib ki, komanda möhtəşəm bir məkanda təlim-məşq toplanışı keçir: "Boluda həm otel, həm də məşq meydançaları yüksək səviyyədədir. Hazırlığımız öz qaydasında gedir. Bizim üzərimizdə çox çalışan, işimizi asanlaşdıran yaxşı məşqçilərimiz var. Fikrimcə, bir az çox qaçırıq. Amma bu, normaldır, çünki biz təlim-məşq toplanışındayıq. İlk üç oyunu çox yaxşı keçirdik, yaxşı nəticələr əldə etdik. Qələbələrin davamını növbəti oyunlarda da gətirməliyik və Avropa Liqasındakı ilk oyunumuza hazır olmalıyıq. Təsnifat mərhələsinin oyunlarıdır. Fikrimcə, çətin görüşlər olacaq. Çünki bu iki oyunda hər şey baş verə bilər. Yenə deyirəm, çətin oyunlar olacaq. Biz hər iki matçda əvvəldən sonadək mübarizə aparacağıq. Çünki ilk oyunda qələbə qazanmaqla düşünə bilərik ki, artıq ikinci görüş də həll olunub. Amma bu, belə deyil. Əminliklə deyə bilərəm ki, rəqib komanda da oyunlara eyni cür yanaşır. Əlindən gələni edəcək ki, uğurlu nəticə qazansın. Ona görə də bizi mübarizə dolu və maraqlı oyunlar gözləyir".

S.Mustivar sonda "Neftçi" azarkeşləri barədə danışıb. "Neftçi" fanatları inanılmaz dərəcədə çox mükəmməldirlər. İlk növbədə, bizi dəstəklədiklərinə görə, azarkeşlərimizin hamısına təşəkkürümü bildirirəm. Onlar ən yaxşılardır. İnanıram ki, oyuna çoxlu sayda azarkeş gələcək və bizi sonadək dəstəkləyəcək. Biz isə var gücümüzlə sonadək mübarizə aparacağıq".

Son xəbərlər

Orphus sistemi