"Neftçi"nin keçmiş qapıçısı: "Bakıda "tələsmə" sözünü öyrənmişdim"

"Neftçi"nin keçmiş qapıçısı: "Bakıda "tələsmə" sözünü öyrənmişdim" Vyaçeslav Çanov: "İfadəni düzgün demək çox gərəklidir"
Futbol
23 Noyabr , 2016 13:15
Neftçinin keçmiş qapıçısı: Bakıda tələsmə sözünü öyrənmişdim

Bakı. 23 noyabr. REPORT.AZ/ Hazırda Rusiyanın MOİK komandasında məşqçi kimi çalışan Vyaçeslav Çanov "Neftçi"də qapıçı kimi çıxış etdiyi dövrü xatırlayıb.

"Report"un məlumatına görə, 65 yaşlı mütəxəssis "cska.in"ə müsahibəsində Azərbaycanda bəzi söz və ifadələri öyrənməli olduğunu bildirib. Çanovun fikrincə, bunlar oyun zamanı müdafiəçiləri xəbərdar etmək üçün vacib idi: "Məsələn, "tələsmə" sözü. İfadəni düzgün demək çox gərəklidir".

Qeyd edək ki, əslən Rusiyadan olan Vyaçeslav Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib. O, 33 oyuna 35 top buraxıb. 

Son xəbərlər

Orphus sistemi