"Neftçi"nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib

"Neftçi"nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib Çilili hücumçu ilə anlaşmanın müddəti açıqlanmır
Futbol
14 Yanvar , 2017 12:09
Neftçinin keçmiş hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib

Bakı. 14 yanvar. REPORT.AZ/ "Neftçi"nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib. 

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu Çilinin Primera Divizionunda çıxış edən "Deportes Temuko" ilə müqavilə bağlayıb.

Klubun prezidenti ölkənin əfsanəvi hücumçusu Marselo Salasdır. İlk dövrədən sonra "Deportes Temuko" 16 komanda arasında 16 xalla 12-ci pillədə qərarlaşıb. Çilili hücumçu ilə anlaşmanın müddəti açıqlanmır.

Qeyd edək ki, N.Kanales "Neftçi"də ilk dəfə 2012-ci ilin iyunundan 2013-cü ilin yayınadək çıxış edib. O, həmin müddətdə 31 oyuna 26 qol vurub. Kanalesin komandaya dönüşü 2014-cü ilin avqustunda baş verib. Birillik müqaviləyə imza atan təcrübəli forvard 28 matçda 11 dəfə fərqlənib. Nəhayət, 2016-cı ilin fevralında Kanales yenidən "Neftçi"yə qayıtsa da, bu dəfə 6 ay ərzində cəmi 7 matçda iştirak edib və 1 qolla kifayətlənib. Bundan sonra Qazaxıstan "Okjetpes"inə keçən futbolçu 11 oyunda 2 qol vurub. 

Son xəbərlər

Orphus sistemi