"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb Ernest Nfor "Birkirkara"ya azad agent kimi keçib
Futbol
17 Avqust , 2017 09:34
Neftçinin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ "Neftçi"nin keçmiş futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu Malta "Birkirkara"sı ilə birillik müqavilə bağlayıb.

Kamerunlu forvard "Birkirkara"ya azad agent kimi keçib. Ta Qali təmsilçisi ötən mövsüm Malta çempionatının bürünc mükafatçısı olub. Ümumilikdə bu klub 4 dəfə ölkə çempionu olub.

Qeyd edək ki, Ernest Nfor "Neftçi"də 2013 - 2015-ci illərdə forma geyinib. O, 48 oyuna 8 qol vurub.

Son xəbərlər

Orphus sistemi