"Neftçi"nin keçmiş futbolçusu Moldova klubuna baş məşqçi təyin olunub

"Neftçi"nin keçmiş futbolçusu Moldova klubuna baş məşqçi təyin olunub Vadim Borets Azərbaycanda çıxış etmiş oyunçularla eyni komandada çalışacaq
Futbol
8 Yanvar , 2018 10:08
Neftçinin keçmiş futbolçusu Moldova klubuna baş məşqçi təyin olunub

Bakı. 8 yanvar. REPORT.AZ/ "Neftçi" və "Bakı" klublarının sabiq futbolçusu Vadim Borets Moldova "Spikul"unun məşqçilər heyətinə daxil olub. "Report"un məlumatına görə, 42 yaşlı mütəxəssis vaxtilə Azərbaycanda çıxış etmiş Denis Kalinkov, Aleksey Savinov və qapıçılarla iş üzrə məşqçi Aleksandr Kirilovla birgə çalışacaq.

Bununla belə, sənəd üzərində baş məşqçi postunu məhz Borets tutacaq.

Mövsümün yekunlarına əsasən, "Spikul" Moldovanın Milli Diviziyasını tərk edib. Lakin klub rəsmən bəyan edib ki, "Viktoriya" elitaya vəsiqədən imtina etsə, onu əvəzləməyə hazırdır.

Qeyd edək ki, Vadim Borets 2005 - 2008-ci illərdə "Neftçi"də, 2008 - 2012-ci illərdə "Bakı"da yarımmüdafiəçi mövqeyində çıxış edib. Borets paytaxtın eyniadlı təmsilçisində forma geyindiyi vaxt müdafiəçi Aleksey Savinov onun komanda yoldaşı olub. Sabiq hücumçu Denis Kalinkov isə 2009-2010 mövsümündə "Xəzər Lənkəran" formasını geyinib.   

Son xəbərlər

Orphus sistemi