Yuxarı

"Neftçi"nin kapitanı Moskvaya uçuşu ləngiyən təyyarənin sərnişinlərinə jest edib - FOTO

"Neftçi"nin kapitanından sərnişinlərə jest

UEFA Avropa Liqasında II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə keçirəcəyi ilk oyun üçün Rusiyaya uçmaqda problemlə üzləşən "Neftçi" klubunun kapitanı Emin Mahmudov sərnişinlərə jest edib.

"Report" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda konfet alaraq gözləmə zalında əyləşən Bakı - Moskva reysinin sərnişinlərinə paylayıb.

Qeyd edək ki, saat 06:50-də uçmalı olan təyyarədə texniki problem üzündən havaya qalxa bilməyib.

Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi