Yuxarı

"Neftçi”nin kapitanı Almaniyada əməliyyat olunub

"Neftçi”nin kapitanı Almaniyada əməliyyat olunub

Bakı. 3 avqust. REPORT.AZ/ "Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub.

“Report” xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt” komandası ilə cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi