Yuxarı

"Neftçi" və "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

"Neftçi"nin II təsnifat mərhələsindəki potensial rəqibi

"Neftçi" və "Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, flaqman I mərhələdə Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, Rusiyanın "Arsenal" (Tula) komandası ilə üz-üzə gələcək. İlk matç səfərdə olacaq.

"Qəbələ" isə "Dinamo" (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino) / “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun evdə olacaq. 

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi