Yuxarı

​“Neftçi”nin icraçı direktoru Avropa Klublar Assosiasiyasının işçi qrupunda yer alıb

Elnur Məmmədov “Marketinq və Kommunikasiya qrupu”na daxil edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib.

"Report" xəbər verir ki, Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer alıb.

İşçi qrupunun üzvləri arasında İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan”, Almaniyanın “Bayern Münhen”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.

“Neftçi” PFK-ya ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi